Rusiyanın Qazaxıstanla sərhədində yerləşən həbsxanaya qorxudan kimsə yaxınlaşa bilmir. Səbəbi isə odur ki, burada ölkənin ən qorxunc qatilləri saxlanılır. Terroristlərin də saxlanıldığı bu həbsxanada qatillər təxminən 3500 insanın həyatına son qoyub. Bu da hər məhbus başına ən az beş cinayət deməkdir.

“Çernıy delfin” (“Qara delfin”) adı verilən bu həbsxana sözün əsl mənasında dəhşət saçır. Burada dünyanın ən dəhşətli qatillərindən cəmi 700 nəfəri yaşayır.

Ən maraqlı məqamlardan biri də həbsxananın adını da məhkumların özlərinin yaratmasıdır. Həbsxananın girişində məhkumlar tərəfindən qara delfin inşa edilib. Həbsxanaya da elə bu adı (qara delfin) məhkumlar özləri verib.
Məhkumlar gündə yalnız 1 dəfə kameralarını tərk edirlər və 90 dəqiqəlik gündəlik məşq hərəkətləri üçün bir az daha böyük kameraya aparılırlar. Bu dəyişmə əsnasında isə belləri bükük və əlləri yuxarıdan qandallanmış halda, ən azı 3 gözətçinin nəzarətində getmək məcburiyyətində qalırlar.

İnsan əti yeyən deputat, məhkumundan çox nəzarətçisi olan türmə – Dəhşətli həbsxanadan FOTOLAR

1973 –cü ildə anadan olan Vladimir Nikolayev vaxtilə, Putinin bundan əvvəlki prezidentliyi dövründə millət vəkili olub. Hazırda Vladimir Nikolayev bu qorxunc həbsxanada saxlanılır.

İnsan əti yeyən deputat, məhkumundan çox nəzarətçisi olan türmə – Dəhşətli həbsxanadan FOTOLAR

Məşhur rus mafiyasının üzvü olan sabiq millət vəkili eyni zamanda bələdiyyə sədri də olmuş zəngin iş adamlarından biri idi. Lakin sonradan millət vəkilinin adamyeyən olduğu aşkara çıxıb. Qulağa bir az qəribə gəlsə də, həbs edilən deputatın ittihamı məhz bu cürdür.

İnsan əti yeyən deputat, məhkumundan çox nəzarətçisi olan türmə – Dəhşətli həbsxanadan FOTOLAR

Həbsxanada ona nəzarət edən gözətçilər ciddi şəkildə hər kəsin ondan qorxduğunu və onun insanlara bir nahar yeməyi kimi baxdığını deyir.

Deputat həbs olunduğu yeni dönəmlərdə ona gətirilən yeməyi yemirmiş, “mənə insan əti gətirin” deyə saxlanıldığı kamerada qışqırırmış.

İnsan əti yeyən deputat, məhkumundan çox nəzarətçisi olan türmə – Dəhşətli həbsxanadan FOTOLAR

Həbsxanada bu cür dəhşətli və qorxunc məhkumlar olduğu üçün təhlükəsizlik tədbirləri üst səviyyədədir. Həbsxanada məhkumdan daha çox gözətçi var. Məhkumların sayı 700, gözətçilərin sayı isə 900 nəfərdir. Bu gözətçilər illərdir hər 15 dəqiqədən bir məhkumların saxlanıldığı kameralara nəzarət edirlər. 200 ilə yaxın müddətdə bu həbsxanadan kimsə qaça bilməyib. Hətta buna cəhdlər belə olmayıb. Ömürlük həbs cəzası alan bu məhkumlardan indiyədək azadlığa çıxan da olmayıb.

Turan Oruc
Musavat.com

Загрузка...