“Bütün bəlaların başlanğıcını nə qadında, nə də kişidədir, bunu sosial şəbəkələrdə axtarın”.
Minval.info xəbər verir ki, həkim-ginekoloq Vüsalə Əsgərova “Space” TV-də yayımlanan “El bizim, sirr bizim” verilişində belə deyib.
Proqramın iştirakçısı vurğulayıb ki, sosial şəbəkələrdən həddində istifadə etmək lazımdır:
“Məni tanıyanlar deyə bilər ki, həkimin özü həm “Facebook”, həm “İnstagram”, həm də “Vhatsapp”da var. Bu nə sosial şəbəkədən danışır?! Bəli, istifadə edirəm. Amma hər bir şeyin dəyər ölçüsü var. İş, informasiya əldə etmək üçün, lazımi qədər istifadə edirəm”.
Həkim bildirib ki, ata və ana sosial şəbəkələrdən həddindən artıq istifadə edərsə onların uşaqları da belə edəcək.