Erməni bloqer Vlad Mosesov özünün “Youtube” kanalında “Magashow” verilişi üçün Azərbaycandan reportaj hazırlayıb.

BAKU.WS xəbər verir ki, erməni milliyətindən olan bloqer Azərbaycana vətəndaşı olduğu Belarus pasportu ilə gəlib.

Onun milliyəti pasportda erməni yazılıb. Hansıki erməni milliyətindən olan şəxslər ölkəmizə rahat şəkildə daxil ola bilməzlər. Eləcə də, bir azərbaycanlı Ermənistan ərazisinə girərsə, onu ən yaxşı halda Dilqəm və Şahbazın taleyi gözləyir.

Vlad Mosesov Bakı ilə yanaşı bir neçə rayonu, eləcə də vaxtilə valideynlərinin yaşadığı Gəncəni gəzib. Sadə insanlarla sıx ünsiyyətdə olub və bunların hər biri onun reportajında yer alıb. Hətta məlum hadisələrdən sonra erməni ailələrin tərk etdiyi evlərin aqibətilə bağlı Gəncədə sorğu da keçirib.

Загрузка...