Загрузка...

Dağıstanda yol-patrul xidmətinin (YPX) əməkdaşlarına silahlı hücum nəticəsində 2 polis həlak olub.

APA-nın xəbərinə görə, bu barədə DİN-in məlumatında bildirilir.

“Lada” avtomobilində hərəkət edən naməlum şəxslər avtomat silahlardan polis maşınını gülləbaran ediblər. Nəticədə iki polis əməkdaşı aldıqları güllə yaralarından hadisə yerində keçinib, daha biri xəstəxanaya aparılıb.