Загрузка...

Bakıda iki uşaq anası yoxa çıxıb.

İtkin düşən İlahə Əsədovanın övladları – 7 yaşlı Fuad və onun lal-kar qardaşı 6 yaşlı Allahverdi hər gün analarının yolunu gözləyir. Uşaqlar anaları ilə bağlı nəsə eşidəndə göz yaşlarına hakim ola bilmirlər.

Paytaxtın Zaqulba qəsəbəsində yaşayan İlahə Əsədova 4 gündür ki, övladlarını və həyat yoldaşını tərk edib.

O hara getməsi barədə heç kimə məlumat verməyib. Bir neçə gündür davam edən axtarışlar da hələlik nəticə verməyib.

Ata çörək pulunu fəhləlik edərək qazanır. Evdə atasız və anasız qalan azyaşlı uşaqlar isə özləri yemək hazırlamaq məcburiyyətində qalıblar.

Ailənin qohumu, həm də qonşusu olan İsmayıl Xələfov deyir ki, İlahənin həyat yoldaşı Vüsal Əsədov nitq qüsurludur. Buna baxmayaraq, ailə qurduqdan bu günə qədər heç vaxt problemləri olmayıb.

İlahə Əsədova barəsində Daxili İşlər Nazirliyinin 102 “qaynar xətt”inə də məlumat verilib. (xezerxeber.az)