Загрузка...


Azərbaycan qadınlarını Türkiyəyə apararaq cinsi istismara məruz qoyan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, əməliyyat İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilib.

Əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdam rayon sakini, 1968-ci il təvəllüdlü Məmmədova Güllər Kamal qızının Azərbaycan vətəndaşı olan qadınları Türkiyənin Ankara şəhərinə apararaq insan alverinə məruz qoyması faktı müəyyən olunub.

Hazırda faktla bağlı araşdırma davam etdirilir.