Məşhur yapon ssenaristi Sinobu Xasimoto 100 yaşında Tokiodakı evində vəfat edib.

Kulis.az rus saytlarına istinadən xəbər veriri ki, soyuqdəymədən dünyasını dəyişən ssenarist böyük rejissor Akira Kurosavanın əfsanəvi “Yeddi samuray”, “Raşemon” filmlərinin ssenarisini yazıb.

Xasimoto bütün həyatı boyunca 70 ssenarinin müəllifi olub.

O, həmçinin 1959-cu ildə “Mən molyuska olmaq istəyirəm” filmini ekranlaşdırıb.

Sinobu Xasimoto ömrünün son illərini insult xəstəliyindən əziyyət çəkirdi.

Загрузка...