Загрузка...


Hamı başa düşür ki, Rusiya superdövlət kimi regionda müharibənin başlamasına yol verməmək üçün imkanlara malikdir.

 

Virtualaz.org xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan mətbuat konfransında bildirib.

“İnana bilmərəm ki, Ermənistanın dostu və strateji müttəfiqi Rusiya müharibənin başlamasına yol verməmək üçün öz rıçaqlarından istifadə etməsin. Hamı kimi mən də əminəm ki, Rusiya Azərbaycanın müharibəyə başlamasına yol verə bilməz”, – o qeyd edib.

Azərbaycan Prezidenti İlham Əliyevlə görüş barəsində danışan baş nazir buna hazır olduğunu bildirib:

“Mən Azərbaycan prezidenti ilə danışıqlara hazıram. Bunun üçün material var”.

O əlavə edib ki, etimad mühiti olmalıdır və bunsuz münaqişəni həll etmək mümkün deyil.