Загрузка...

Xəbər verdiyimiz kimi, iyulun 18-də keçirilmiş I və IV ixtisas qruplarının qəbul imtahanının nəticələrinə əsasən 15 nəfər 700 bal toplayıb. 

Minval.İnfo xəbər verir ki,, ən yüksək nəticə göstərən gənclərin bir neçəsinin fotoları artıq sosial şəbəkədə yayılıb.

Onları təqdim edirik:

700 bal toplayan gənclər – Onları siz də tanıyın!

Nərmin Balakişiyeva IV qrup üzrə 700 bal toplayıb.

700 bal toplayan gənclər – Onları siz də tanıyın!

Bakı şəhər 297 saylı məktəbin məzunu Anar Abıyev maksimum nəticəni göstərib. O, ilk imtahanda 677 bal toplamışdı.

700 bal toplayan gənclər – Onları siz də tanıyın!

Lənkəran rayon “İstək” liseyinin məzunu olan Fəyyaz Aslanlı IV qrup üzrə 700 bal toplayıb.

700 bal toplayan gənclər – Onları siz də tanıyın!

Göyçay tarixində ilk 700 balı toplayan isə Şəkər Qədirli olub. Göyçay rayonu Ləkçıplaq kənd 1 saylı tam orta məktəbin məzunu olan Ş. Qədirlinin seçimi Bakı Ali Neft Məktəbi oldu. O, ilk imtahanda 685 bal toplamışdı.

700 bal toplayan gənclər – Onları siz də tanıyın!

Ceyranbatandan ilk dəfə 700 bal toplayan isə Rüstəm Qarayevdir.

Ceyranbatan 1 saylı məktəbin məzunu olan R. Qarayev ilk imtahanda 650 bal, 2-ci imtahanda isə 700 bal toplayıb. Onun seçimi Bakı Ali Neft Məktəbi oldu.

700 bal toplayan gənclər – Onları siz də tanıyın!

Xırdalan şəhər, 9 saylı məktəbin məzunu olan Elgün Zamanlı da I qrup üzrə ən yüksək nəticəni göstərib.

700 bal toplayan gənclər – Onları siz də tanıyın!

Goranboy rayon Səfikürd kənd orta məktəbini bitirən Kənan Məhəmmədli l qrup üzrə 700 bal toplayıb.