Türkiyə hökuməti 2016-cı ilin iyulunda çevriliş cəhdindən sonra tətbiq olunan fövqəladə vəziyyət rejimini ləğv edib.
Virtualaz.org bildirir ki, xəbəri “Bloomberg” yayıb.
Xatırladılır ki, fövqəladə vəziyyət rejiminin müddəti 7 dəfə uzadılmışdı və ehtiyac yaranarsa, yenidən tətbiq oluna bilər.
İnformasiyada o da vurğulanır ki, prezident Rəcəb Tayyib Ərdoğan terrorçularla mübarizəni davam etmək niyyətindədir. Söhbət, həmçinin, nurçular təriqətinin başçısı Fətullah Gülənin FETÖ təşkilatından gedir.