Загрузка...

ABŞ-ın Kaliforniya ştatında yerləşən və heç kimin yaşamadığı Kerro-Qordo şəhəri 1,4 milyon dollara satılıb.

Oxu.Az CNN-ə istinadla xəbər verir ki, şəhər 1865-ci ildə gümüş mədəni yaxınlığında salınıb və bir müddət ştatda gümüş və qurğuşun hasilatında lider olub.

Daşınmaz əmlak agentinin sözlərinə görə, bu şəhər “vəhşi Qərbin” ayrılmaz hissəsinə çevrilib:
“Bir zamanlar burada orta hesabla hər həftə bir nəfər qətlə yetirilirdi”.

Gümüş və neftin ucuzlaşmasından sonra sakinlər şəhəri tərk etməyə başlayıblar. Sonra böyük yanğın meydana gəlib və Kerro-Qordo tamamilə boşalıb.

Şəhərin yeni sahibi olan investisiya qrupu Kerro-Qordonu turist marşrutlarının tərkib hissəsinə çevirmək niyyətindədir.