Загрузка...

Homerin “Odisseya” dastanı dünyanı formalaşdıran ilk dastanlardandır. Əsər dünyanın ən yaxşıları arasında ilk yerdədir.

Yunan dastanlarına xas 12 min misradan ibarət olan dastanda hiyləgər qəhrəman Odisseyin Troya müharibəsindən sonrakı macəralarından bəhs edir. Dastan min illər boyu mədəniyyətin kulminasiya nöqtəsi hesab olunub.

Dünyanın bir çox yazıçıları “Odisseya”dan ilhamlanıblar. Hiyləgər qəhrəman Odissey dastanda adı çəkilən bir çox tanrı və canavarın arasında çox sadə bir şey etmək istəyirdi. Məqsədi yeni və möhtəşəm kəşflərə imza atmaq deyildi. 10 il davam edən müharibədən sonra evinə qayıtmaq istəyirdi.

Yazılmasından 2700 il keçməsinə baxmayaraq, mədəniyyətimiz üçün bu qədər vacib olmasının səbəbi budur. Bu əsər böyük, xüsusilə də geniş mənaları özündə əks etdirən, hətta çox kiçik məqamlara da yer verən hekayədir.

Dastanda əvvəllər varlığını təşkil edən şeyləri itirən bir kişinin hiss etdiklərindən bəhs edilir. Odissey həyat yoldaşından uzaq ər, oğlunu görməyən ata, müharibəsi bitən əsgər, ölkəsindən ayrı kral, adamları ölmüş lider və oğlunun öldüyünü düşünüb, ağrı-acıyla vəfat edən ananın oğludur. O, yolçu, quldur, macərapərəst və mühacir idi.

Odisseyin hekayəsi özü və ozanlar tərəfindən şişirdilərək danışılırdı. Dastanın qəhrəmanının Troyadan vətəni İtakaya qayıdışının izah edildiyi dövr 10 il davam edib. Ona görə də hekayənin başlanğıcı 10 il sonrakı zamanı əhatə edir.

Qəhrəmanın ən məşhur macərası adamları ilə birlikdə Kiklopların adasına çatdığı 9-cu bölümdür. Burada onlar insan yeyən Təpəgözün hücumuna məruz qalırlar. Odissey adının Outis (heç kim) olduğunu deyir və onu sərxoş edib, gözünü çıxarır.

Odisseya dastanındakı fantastik üsnsürlər bir çox yazar üçün ilham qaynağı olub. Məşhur yazıçı Ceyms Coys Ulisses əsərini Odisseyin latınca adından alıb.

Kanadalı yazar Marqaret Atvud Penelopa əsərində Odisseyin evə dönüş hissəsini həyat yoldaşının gözü ilə yazıb.

“Odisseya” dastanı o qədər dərin, təfərrüatlı və qarışıqdır ki, oxucu hər dəfə onu oxuyanda yeni bir şey tapır. Hələ uzun illər də dastanın yerini qoruyacağı hiss olunur.