Xətai rayonunda yerləşən “Turan” klinikasında oğurluq faktı qeydə alınıb.
Ölkə.az xəbər verir ki, klinikada həkim işləyən Hənifə Hacıkərimovanın mobil telefonu naməlum şəraitdə oğurlanıb. Baş vermiş oğurluq barədə Xətai RPİ-nin 34-cü Polis Bölməsinə məlumat verilib.
Əməliyyatçılar hadisə yerində olub, müşahidə kameralarına baxış keçirilib.
Faktla bağlı Xətai RPİ-də oğurluq maddəsi ilə cinayət işi başlanıb.