Загрузка...


Azərbaycan Dövlət “Yuğ” Teatrı A.P.Çexovun əsəri əsasında hazırlanmış “Təklif. Elçilik” tamaşası ilə mövsümə yekun vurub.

Tamaşada Natalya Stepanova rolunda çıxış edən aktrisa Zümrüd Qasımova obrazı haqqında ilk dəfə BAKU.WS-ə danışıb:

“Natalya Stepanovna çox fərqli bir obrazdır. İlk dəfədir ki, komedik janrında olam tamaşada oynayıram. Natalya çox zəhmətkeş, bütün ev işlərini görən və ailə həyatı qurmaq istəyən bir xanımdır. Natalya İvan Vasilyeviçin onların evinə gələndə bilmir ki, o, ona elçi düşüb və öz kobudluğunu göstərir. Atam da bu haqda mənə heç nə demir və o, evimizdən qaçır. Belə deyərdim, atama görə elçim evimizdən qaçdı. Bundan xəbər tutanda isə Natalya çox dəyişir, xanım-xatın olur. Düşünürəm ki, Natalya Stepanovna həm çətin, həm gülməli, həm də güclü bir obrazdır. Məncə, obrazı tamaşaçılara lazımi səviyyədə təqdim edə bildim”.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Günay Səttardır. Tamaşada əməkdar artist Vidadi Həsənov, aktyorlar Zümrüd Qasımova və Elgün Həmidov çıxış edirlər.