Cənubi Afrika Respublikasında baş verən təyyarə qəzasının görüntüləri yayılıb.
Axar.az xəbər verir ki, təyyarə havada olarkən “hava gəmisi”nin qanadı yanmağa başlayıb. Bu anı təyyarənin sərnişini telefonun kamerasına əks etdirib.
Sərnişin vəziyyətin getdikcə daha da pisləşdiyini bildirib.
Videodan görünür ki, sol mühərrikdə alışma getdikcə artır, təyyarə sürətlə enir, bir müddətdən sonra görüntü qaranlıqlaşır və zərbə səsi eşidilir. Daha sonra sərnişinlərin təxliyəsi görüntülənir.
Qeyd edək ki, iyulun 10-da baş verən bu qəza nəticəsində 2 nəfər ölüb, 20-si isə yaralanıb.