Загрузка...

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Olimpiya” (Sloveniya) oyununa bilet satışı davam edir.

Minval.İnfo xəbər verir ki, iyulun 18-də keçiriləcək qarşılaşmaya artıq 8 min bilet satılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Qarabağ” – “Olimpiya” qarşılaşması iyulun 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:00-da başlayacaq.

“Qarabağ” səfərdə keçirilən ilk oyunda 1:0 hesablı qələbə qazanıb.