Загрузка...

Moskvadakı kafelərdən birində baş verən partlayış zamanı 12 nəfər xəsarət alıb.

Minval.İnfo xəbər verir ki, bununla bağlı məlumat Moskva meri Sergey Sobyaninin “Тwitter” hesabında yayımlanıb.

“Partlayış qaz sızması səbəbindən baş verib. 12 nəfər xəsarət alıb. Onların həyati təhlükəsi yoxdur”, – məlumatda bildirilib.

“Komsomolskaya pravda” nəşrinin verdiyi məlumata görə, hadisə yerində olan polislər xəsarət alanların Azərbaycan və Tacikistan vətəndaşları olduğunu açıqlayıblar.