Загрузка...

Böyük Britaniya Kral ailəsinin ən yeni üzvü Meqan Marklın (Meghan Markle) atası Tomas Markl (Thomas Markle) qızının xoşbəxt olmadığını iddia edir.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, o deyib ki, şahzadə Harri ilə evləndikdən sonra qızı çox əziyyət çəkir və təzyiq altındadır.

Tomas Meqan 36 yaşlı qızının məcburən güldüyünü deyir: “Gülümsəməsi məcburiyyətdədir. Rəsmən acı içində gülümsəyir. Məncə Meqan çox böyük bir təzyiq altındadır. Gülümsəməsində bir acı var. Qızımın görüntülərini izlədikcə qorxtuğunu anlaya bilirəm. Gözündə, üzündə və gülümsəməsini də görürəm. Mən qızımın necə güldüyünü bilirəm və indiki gülüşünün saxta olduğunu görürəm. O ailəyə gəlin getməyin bədəli çox ağırdır”.

Qeyd edək ki, Tomas Meqan qızının kral ailəsi ilə evliliyinə narazılığını toyda iştirak etməməklə bildirmişdi. Toydan sonra isə bu evliliyə qarşı açıqlamaları ilə tez-tez gündəmə gəlir. İngiltərə mediasının yazdığına görə, Tomas bu açıqlamalarla 500 000 dollar qazanıb.

Kralın qudasından QALMAQALLI iddia: Qızım o ailədə acı çəkir - FOTO