Загрузка...

Türkiyə Silahlı Qüvvələri Qara dəniz bölgəsində PKK terror qruplaşmasına ağır zərbələr endirib.

Axar.az xəbər verir ki, son 4 il ərzində bölgədə fəaliyyət göstərən 22 nəfərlik dəstənin 12 nəfəri öldürülüb, 6-sı sağ ələ keçirilib.

Hazırda isə digər 4 nəfərin tapılması və zərərsizləşdirilməsi istiqamətində əməliyyatlar davam etdirilir.

Türkiyənin hərbi ekspertlərinin fikrincə bölgədə PKK artıq süquta uğramaq üzrədir və bu mübarizədə ən vacib məqam 2016-cı ildə ərazinin jandarma qüvvələrinə rəhbərlik edən FETÖ-çu general Mustafa Doğrunun həbsi olub. Doğrunun yerinə Girəsun jandarmasına rəhbər təyin edilən Hakan Saraç ardıcıl əməliyyatlarla PKK terror qruplaşmasının süqutunu sürətləndirib.

Qeyd edək ki, hazırda Şərqi Qara Dəniz bölgəsində qalan 4 nəfərlik PKK dəstəsinə “Türk Tarık” kod adlı Barış Önər rəhbərlik edir.