Загрузка...

Oğlunun vəlayətini almaq üçün keçmiş həyat yoldaşı Sinəm Gedikin müğənni İntizarla intim video materiallarını məhkəməyə dəlil kimi təqdim edən müğənni Mustafa Ceceli böyük problemlərlə üzləşib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu hadisədən sonra müğənni bir çox sənətçinin kəskin tənqidinə məruz qalıb.

Sosial şəbəkə istifadəçiləri və sənət adamları Mustafa Cecelini oğlunun anasının başqa qadınla intim görüntülərini yaymaqda ittiham edib.

Müğənni dünən geniş açıqlama verərək, eks-arvadının videolarını yaymadığını desə də, sənət camiyəsi onu qınamaqda davam edir. Belə ki, sənət camiyəsinin sayılıb-seçilən nümayəndəsi Onur Akay Mustafa Ceceliyə radiolardan embarqo qoyulduğunu və çoxsaylı konsert proqramının da ləğv olunduğunu açıqlayıb:

“Aldığım məlumata görə, Radio D, Show Radio, Super Fm və Best FM kimi çox sayda milli radio ortaq qərar qəbul edərək play listlerinden Mustafa Cecelinin mahnılarını çıxarıb və Cecelinin çox sayda konserti də ləğv olunub”.