Koreya Respublikası və Koreya Xalq Demokratik Respublikası (KXDR) hərbçiləri arasında telefon xəttinin fəaliyyəti bərpa olunub.

Cənubi Koreya Müdafiə Nazirliyindən bildirilib ki, “qaynar xətt” iki ölkənin müvafiq qurumları arasında telefon və faks əlaqəsini təmin edəcək.

Qeyd edək ki, qaynar telefon xəttinin fəaliyyəti 2011-ci ilin fevralında KXDR tərəfindən dayandırılmışdı. Buna Cənubi Koreya tərəfinin KXDR-in sərhəd ərazisində yerləşən “Kaesonq” sənaye parkının işini dayandırması səbəb olmuşdu. Sənaye parkında Cənubi Koreya şirkətlərinin fabrikləri fəaliyyət göstərirdi. Şimali Koreyanın 2016-cı ilin yanvarında baş tutan nüvə silahı sınağından sonra Cənubi Koreya tərəfi sənaye parkının fəaliyyətini dayandırmağı qərara almışdı.(AzərTAc)

Загрузка...