Загрузка...

Bu ilin yanvar-iyun aylarında “Azərbaycan Hava Yolları” QSC (AZAL) Gürcüstana 42 505 sərnişin daşıyıb.

APA-nın yerli bürosunun Gürcüstanın Mülki Aviasiya Agentliyinə istinadla verdiyi məlumata görə, hesabat dövründə AZAL-ın qonşu ölkənin aviasiya bazarındakı payı 2% təşkil edib.

Hesabat dövründə xarici aviaşirkətlər Gürcüstana ümumilikdə 2 049 635 sərnişin daşıyıb. Qonşu ölkəyə daşınmış sərnişinlərin sayına görə 246 021 nəfərlə “Türk Hava Yolları” aviaşirkəti birinci yeri tutub. Türkiyənin əsas aviadaşıyıcısı Gürcüstanın aviasiya bazarında 12% paya sahibdir.

İkinci yerdə “Gürcüstan hava yolları” (“Airzena”) (247 485 sərnişin), üçüncü yerdə isə “Wizz Air” aviaşirkətidir (223 364 sərnişin).

Qeyd edək ki, keçən ilin sentyabrın 1-dən etibarən Bakıdan Gürcüstanın paytaxtı Tbilisiyə uçuşları AZAL-ın nəzdində yaradılmış “Buta Airways” aşağı büdcəli aviaşirkət yerinə yetirir.