Загрузка...

Ağstafa sakinini balıq tutarkən onu elektrik cərəyanı vurub.

APA-nın qərb bürosunun xəbərinə görə, hadisə rayonun Eynallı kəndində baş verib. Kənd sakini 1984-cü il təvəllüdlü Mahmudov İlkin Məhəmməd oğlu kəndin ərazisində olan su kanalında elektrik cərəyanı ilə balıq tutmaq istəyərkən cərəyan onu vurub öldürüb.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.