Bakının mərkəzində qolu sarıqlı qadın küçə süpürür.
BAKU.WS xəbər verir ki, “Facebook” sosial şəbəkəsində Pərviz Bağırov adlı şəxs əli sarğılı qadının küçə süpürməsini əks etdirən fotonu paylaşıb.
O qeyd edib ki, foto Nizami küçəsində çəkilib. Foto sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Məsələ ilə əlaqədar Səbail rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan BAKU.WS-ə bildirdilrə ki, bu barədə onlarda məlumat yoxdur.
Qeyd edildi ki, məsələ barədə araşdırma aparılacaq.