Загрузка...

Bu gün Bakı şəhərinin Yasamal rayonunda özünü 17-ci mərtəbədən ataraq intihar edən qızın şəxsiyyəti müəyyənləşib.

Lent.az xəbər verir ki, Yeni Yasamal 2 yaşayış massivində, “Şərur MTK”ya məxsus kompleksin 17-ci mərtəbəsindən özünü ataraq intihar edən şəxsin paytaxt sakini, 2000-ci il təvəllüdlü Vəliyeva Nərgiz Rövşən qızı olduğu müəyyən edilib.

Hazırda onun hansı səbəbdən həyatına qəsd etməsi araşdırılır.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb.

Qeyd edək ki, hadisə barədə ilk məlumatı Sputnik yayıb. Bildirilib ki, intihar edən qız alt paltarında olub və həmin binada yaşamırmış.