Загрузка...

ABŞ-da noyabrda keçiriləcək mid-term seçkilər öncəsi Tramp administrasiyası anbarlarında olan nefti mərhələli şəkildə bazara çıxararaq “qara qızılın” qiymətinə təsir etməyə çalışır.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı alim Vüqar Bayramov ABŞ-ın test olaraq 5 milyon barrelin, daha sonra 30 milyon barrelin bazara çıxarılması ilə bağlı müzakirələrə münasibət bildirərkən deyib:

“ABŞ anbarların qapağını açacağı halda neft bazarında daha ciddi azalmalar proqnozlaşdırılır. Ağ Evdəki müzakirələr reallaşarsa, o zaman yeni neft şokunun yaşanması qaçılmaz olacaq”- deyə o qeyd edib.

Qeyd edək ki, əmtəə birjasına əsasən, bu gün VTİ neftinin qiyməti 0,02 dollar artaraq 68,08 dollar, “Brent” markalı neftin qiyməti 0,36 dollar artaraq 72,20 dollar olub.