Alimlər uzun müddətdir ki, yerdən başqa planetlərdə həyat axtarışındadırlar.
Kosmik teleskoplarla dəfələrlə yerə oxşar həyatın ola biləcəyi planetlərin tapıldığı xəbərlərini tez-tez eşidirik. Lakin bu planetlər yerdən minlərlə işıq ili uzaq olduqlarından insanlıq üçün heç bir əhəmiyyət kəsb etmir. Bu halda isə son illər alimlər bütün diqqətlərini mars planetinə yönəldib.
Minval.İnfo xəbər verir ki, marsı necə insanlar üçün yaşamalı etmək olar sualına cavab olaraq planlar hazırlanıb. Yüz illərlə davam edəcək plan insanlıq tarixini dəyişə bilər.
Sizlərə bu planda görüləcək işləri mərhələli şəkildə təqdim edir.
1.Planet termonüvə bombaları ilə bombalanacaq
Bombalar temperaturun dəyişməsinə səbəb olacaq.
2.Planetə metanla doldurulacaq
Metan daşıyan aparatlar planetin atmosferinə metan qazı buraxacaq. Bu da temperaturun qalxmasına kömək edəcək. Beləliklə də buzlaqlar əriyəcək və su əldə edilmiş olacaq. Ancaq bu su kifayət deyil
3.Meteor yağışı yağdırılacaq
Meteorlarda da külli miqdarda su var. Hələ yer planeti yarananda meteorların toqquşması nəticəsində yerdə su ehtiyyatları artıb.
4.Yerdəkinə bənzər atmosfer yaradılacaq
Artıq buxarlanan su atmosfer proseslərinin (yağıntı, külək və s) artmasına səbəb olacaq.
5.Genetik olaraq yetişdirilmiş bitkilər əkdiriləcək
Planetin atmosferində oksigenin miqdarını artırmaq üçün genetik olaraq yetişdirilmiş bitkilər əkdiriləcək.
6.Mikroorqanizmlər göndəriləcək
7.3D printerlərlə evlər tikiləcək
8.İnsanlar məskun salacaq