“O səs Türkiyə”də gözəlliyi və səsi ilə hər kəsi məst edən Aila Rai yeni klipini təqdim edib.
Musavat.com xəbər verir ki, Türkiyədə yeni işbirliyinə imza atan ifaçı DJ Kanun Yildirim ilə ərsəyə gətirdiyi “Diye-diye” mahnını ekranlaşdırıb.
“Ünüvar” şirkətinin istehsalı olan mahnının musiqisi Gövhər Həsənzadəyə, türkcə sözləri Gövhər Həsənzadə və Ayşə Birgül Yılmaza məxsusdur.
Qeyd edək ki, Aila Rainin PR işləri ilə müğənni Nura Suri məşğul olur.
Ailanın ifa etdiyi mahnını illər öncə Ella adlı gənc müğənni oxumuşdu.