Загрузка...

Türkiyədə fəaliyyət göstərən cənubi azərbaycanlı sehrbaz Arif Qafarini ilan sancıb.

Oxu.Az xəbər verir ki, özünün tamaşalarda istifadə etdiyi kobra onun sağ qolunun biləyə yaxın hissəsindən sancıb.

Tək olan sehrbaz özünü itirməyərək biləyini dəsmalla sıxıb və zəhərin bədəninə yayılmasının qarşısını alıb.

Antalyada xəstəxanaya gedən Arifə kobranın zəhərini deaktivləşdirmək üçün dərman vasitəsinin olmadığını bildiriblər. Nazirlik hərəkətə keçərək Misir və Fransada olan zəhərə qarşı vasitəni Türkiyəyə gətirmək istəyib, lakin vaxt baxımından uyğun olmayacağını görüblər.

Daha sonra Arif Qafari Misirə aparılmasını tələb edib. Reanimasiyada olan sehrbaz üçün ambulans helikopter gətirilib. Lakin Misirin türk vətəndaşlara viza vermə prosesinin uzun çəkməsi ilə bağlı olaraq Qafari uzun müddət hava limanında gözləməli olub.

Arifin assistenti onun vəziyyətinin stabil olduğunu söyləyib.

Daha sonra Xarici İşlər Nazirliyinin müdaxiləsindən sonra arif Qafarinin viza problemi həll olunub və o, həkimlərin təsdiqindən sonra Misirə göndərilib.