Загрузка...

Bəylə gəlini və qonaqları mərasimi aparan müğənni Vladimir Kuzmin əyləndirib. O, verilən məlumata görə, Emin Ağalarovun və Alyona Qavrilovanın uşaqlıqlarının kumiridir.

Emin və Alyona toyla bağlı təntənəli elan vermək istəməyiblər, mərasimə yalnız ən yaxın və əziz qonaqları dəvət ediblər. Amma hətta belə format və statusda da toy bahalı və təmtəraqlı, həmçinin kifayət qədər genişmiqyaslı alınıb.

Emin Ağalarov evləndi
Təşkilatçılar məxsusi olaraq bu bayram üçün qolf-klubun ərazisində böyük yarımşəffaf çadır qurublar. Cah-cəlallı qonaqlıq məhz onun daxilində keçib, yaxınlığnda isə ulduz artistlərin çıxış etdikləri səhnə quraşdırılıb.

Emin Ağalarov evləndi

Emin Ağalarov və Alyona Qavrilova 2016-cı ilin yazında təsdiq etdikləri münasibətlərini uzun müddət gizlədiblər. Biznesmen bu yaxınlardakı müsahibələrindən birində demişdi ki, ” öz xoşbəxtliyini tamamilə dəqiq tapıb”: “Alyona-dost, silahdaş, həyatda etibarlı partnyordur. O məni başa düşür. Əminəm ki, Alyona məni pis vəziyyətdə qoymayacaq və satmayacaq. O hər bir kişinin axtardığı həmin o etibarlı arxadır. Bizə birlikdə çox xoşdur”.

Xatırladaq ki, Eminin subaylıq həyatı ilə ikinci dəfə vidalaşmağa qərar verdiyi barədə bu ilin başlanğıcında, o, sevgilisinə evlənmək barədə təklif edəndən sonra danışmağa başlamışdılar.

Bu gün müğənni və biznesmen Emin Ağalarov model Alyona Qavrilova ilə evlənib.

Virtualaz.org Rusiya KİV-ə istinadən bildirir ki, toya yalnız seçilmiş dostlar və tanışlar dəvət alıblar.

Təntənəli mərasim Ağalarovlar ailəsinə məxsus şəhərkənarı “Agalarov Estate” kompleksində təşkil edilib.

Toya Rusiya şou-biznesinin demək olar ki, bütün ulduzları gəlib. Qonaqlar arasında Valeri Meladze, Zara, Vadim Vernik, Denis Klyaver, Yuliya Şarapova və başqaları olublar.

Emin Ağalarov evləndi

Emin Ağalarov evləndi

Emin Ağalarov evləndi