Загрузка...

Kanadanın “Opener” şirkəti “BləkFlay” markalı uçan avtomobili sınaqdan keçirib.

Axar.az xəbər verir ki, sınaqdan keçirilən aparatın hündürlüyü 1,5, uzunluğu isə 4 metrdir. Yeni yaradılan avtomobil boyu 2 metrdən hündür, çəkisi 114 kiloqramdan artıq olmayan şəxslər üçün nəzərdə tutulub. Avtomobil yalnız bir nəfərlikdir.

“BləkFlay”ın elektrikli mühərriklə çalışdığı vurğulanıb. Enerji topladıqdan sonra 40 kilometr məsafə qət edə bilən uçan maşın 62 kilometr/saat sürət yığa bilir.

Avtomobilin yaradıcıları bildirib ki, onun qiyməti adi maşınların qiymətinə olacaq.