Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında Helsinkidə keçirilən görüş 3 saat davam edəcək.
Axar.az xəbər verir ki, bu barədə informasiya Helsinki-2018 sammitiylə bağlı yaradılan mobil proqramda yer alıb.
“Putinlə Trampın təkbətək görüşü 13:15-də başlayacaq. Putinlə Finlandiya Prezidenti Sauli Niinistyonun görüşü isə 16:30-da start götürəcək. Trampla Niinistyo arasında görüş isə səhər 7:00-da başlayacaq və 10:00-a qədər davam edəcək”, – deyə məlumatda yer alıb.