Astarada yük maşını ilə minik maşını toqquşub, üç nəfər xəsarət alıb.
“Report”un Cənub bürosunun verdiyi xəbərə görə hadisə Lənkəran-Şahağacı yolunun Qamışovka kəndi ərazisində baş verib.
Hunday markalı avtomaşın VAZ 2106 markalı avtomaşınla toqquşması zamanı xəsarət alan üç nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.