Whatsapp istifadəçilərini düşünərək daha bir addım atır.
Medianews.az xəbər verir ki, Whatsapp hər gün daxili sistemində yer alan çox sayda təhrif olunmuş xəbərlərin qarşısını almaq üçün “Yönləndirildi” funksiyasını istifadəyə verəcək. Belə ki, əgər bir istifadəçi başqa birinin ona göndərdiyi mesaj, səs və ya videonu 3. şəxsə göndərərsə, mesajı qəbul edən 3-cü şəxs bu mesajın başqa bir yerdən götürüldüyünü dərhal anlayacaq. Çünki mesajın üst qismində “Yönləndirildi” yazısını oxuyacaq.
Həmçinin, Whatsapp bəzi istifadəçilərin yorucu olduğunu düşündüyü qrup mesajlarına da çarə tapıb. Qrup üzvləri, artıq “Bütün qrup üzvlərindən gələn mesajlara icazə ver” və “Yalnız qrup adminindən gələn mesajlara icazə ver” funksiyası arasında seçim edə biləcək və ona gələ biləcək mesajları filtrləmək hüququna sahip olacaq.
Bu funksiya Whatsapp Android (2.18.201) və Whatsapp iOS (2.18.70)istifadəçilərinə aiddir.
Medianews.az