Загрузка...

Gəncədə müəyyən qüvvələrin gərginlik yaratmaq cəhdi və nəticədə iki polis əməkdaşının qətlə yetirilməsi barədə günlərdir müzakirələr gedir.Rəsmi dairələr baş verənlərdə xarici qüvvələrin izi olduğunu və bu istiqamətdə araşdırmaların davam etdiriliyini açıqlayıb.

Rəsmi məlumata görə, terrorçuluğa açıq çağırışlar etmiş və Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəxslər beynəlxalq axtarışa verilib.

Qanunsuz hərəkətlərə çağırış etmiş 25 şəxs barədə inzibati həbs tədbiri seçilib.

Gəncə olayları zamanı diqqətin daha çox dini məsələyə yönəldiyi və Azərbaycanda asayişi pozmağa cəhd edən şəxslərin dini şüarlar səsləndirməsi də əsas müzakirə obyektlərindən biridir.Rəsmi şəkildə açıqlanmasa da, bütün işarələr İran İslam Respublikasına yönəlib.
Hətta rəsmi qurumların yaydığı məlumata görə,Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və onun mühafizəçisinə silahlı hücum edən şəxs Yunis Səfərov 2016-cı ildə İran İslam Respublikasına gedərək 8 ay Qum şəhərində yaşamış və bu müddət ərzində Azərbaycan vətəndaşı olan Rasim Əsədovla birgə Suriya Ərəb Respublikasının ərazisində olan silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib.
Bütün bunlar hadisədə İran izinin olmasının şübhələrini artırır.

Femida.az xəbər verir ki, Gəncə şəhərində daha bir təxribat yönümlü hərəkətlər üzə çıxıb. Belə ki, Araz Supermarket MMC-nin tərkibinə daxil olan “OBA” marketlər şəbəkəsində satılan uşaq oyuncaqlarının üzərində İran bayrağı həkk olunub. “Kaska”nın üzərində “POLİCE” yazısı və İran bayrağının əks olunması maraq doğurur. Oyuncaqların dəbilqə, oyuncaq silah və zirehli baş geyimi olması da diqqəti cəlb edən məqamlardandır. Bu, təsadüfdürmi? Yoxsa, qəsdən atılmış bir addım. Niyə məhz İran bayrağı?

Araşdırma zamanı məlum olub ki, həmin oyuncaqlar İran İslam Respublikasında istehsal olunub və bir müddət öncə Azərbaycana gətirilib.

Məsələ ilə bağlı OBA marketlər şəbəkəsi ilə əlaqə saxladıq. Şəbəkənin İctimaiyyətlə əlaqələr üzrə meneceri Elvin Babayev marketdə belə bir oyuncaqların satıldığını təsdiq etdi.

“OBA marketlər şəbəkəsi müxtəlif ölkələrdən qida və qeyri qida məhsulları idxal edir. Bu ölkələr içində Türkiyə, Rusiya, İran, Ukrayna, Belarusiya və s. var. Şirkətimiz eyni zamanda tadarükçü şirkətlərlə də sıx əməkdaşlıq edir. OBA marketlər şəbəkəsində satılan uşaq oyuncaqları tədarükçü şirkətlər tərəfindən idxal edilir və marketlərimizdə satışa çıxarılır. Qeyd olunan məhsul uşaqlar üçün polis geyimi formasıdır və tədarükçü şirkət tərəfindən İrandan idxal olunub. Bu oyuncaqlar yalnız bizim şəbəkələrdə satılmır. Eyni zamanda digər oyuncaq mağazalarında da eyni məhsula rast gəlmək olar. Uşaqlar üçün olan oyuncaqda rənglərin kombinasiyası adətən təsadüfi olur. Biz həmin rəngləri İtalya bayrağına da bənzədə bilərik. Bu yanaşmanı doğru hesab etmirəm”, deyə rəsmi açıqlamada bildirilir.

Gəncədə daha bir TƏXRİBAT: