Bakının Xətai rayonunda bədbəxt hadisə baş verib.
“Report”un məlumatına görə, hadisə Əhmədli qəsəbəsində, Xudu Məmmədov küçəsi 18 ünvanında qeydə alınıb.
Belə ki, çoxmərtəbəli yaşayış binasınd a lift qırılaraq şaxtaya düşüb. Hadisə nəticəsində üç nəfər xəsarət alıb.
Hər üç şəxs döş qəfəsinin sınığı diaqnozu ilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Hadisə nəticəsində xəsarət alan şəxslər bunlardır: 20 yaşlı Məmmədəliyev Hüseyn Elman oğlu, 40 yaşlı Məmmədəliyeva Elnarə Yusif qızı və 16 yaşlı adı hələ məlum olmayan oğlan.
Faktla bağlı araşdırma aparılır.