Türkiyəli din xadimi Adnan Oktar və tərəfdarlarına qarşı aparılan istintaq çərçivəsində Oktarın Kandillidəki villasında polis əməliyyat keçirib.
Medianews.az xəbər verir ki, bu gün həmin dəqiqələrə aid video görüntülərdən bəziləri ortaya çıxıb. Polislər təriqət rəhbərini həbs edib polis maşınına mindirərkən, o , “Yaşasın türk polisi, dövlətimi sevirəm!” deyə qışqırıb.
Adnan Oktarın 100 otaqlı lüks villasında əməliyyat zamanı türk polisi çoxlu sayda silah, zirehli avtomobil və sənədlər ələ keçirilib. Qeydə alınan görüntülərdən xüsusi komandanın Adnan Oktar tərəfdarlarını bir-bir incələyib həbs etdiyi aydın olur.
İstanbul polisi Adnan Oktar və yaxın ətrafı ilə bağlı çoxlu sayda şikayətin daxil olduğunu bildiriblər.
Qeyd edək ki, Adnan Oktar və şəbəkəsinə qarşı azyaşlılara təcavüz, çirkli pulların yuyulması, təhdid və şantaj ittihamları irəli sürülüb.
Müxbirin “Haqqınızda irəli sürülən ittihamlarla bağlı nə deyəcəksiniz?” sualına isə o, “Yalandır, deyəcəyəm.” deyə cavab verib.
Bundan əlavə, Adnan Oktar və “Kedicik”ləri Bayrampaşa Dövlət Xəstəxanasında tibbi müayinədən keçirilib, ardından təkrar İstanbul Baş Polis İdarəsinə aparılıb.
Medianews.az həmin əməliyyatın görüntülərini təqdim edir.