Загрузка...

Suriya Xarici İşlər Nazirliyi ABŞ rəhbərliyindəki koalisiya qüvvələrinin Deyr əz-Zorun iki kəndini hədəf almasına münasibət bildirib.

Axar.az xəbər verir ki, XİN koalisiya qüvvələrinin Suriya Demokratik Qüvvələrinə qarşı çıxan vətəndaşları hədəf aldığını bəyan edib.

Məsələ ilə bağlı XİN BMT baş katibi və Təhlükəsizlik Şurasına məktub göndərərək 30 nəfərin ölümünə səbəb olan hücumla bağlı məlumat verib.

XİN qeyd edir ki, koalisiya bu regionun coğrafiyasını çox yaxşı bilir. Hücumlar kəndlərdəki DSQ-nın varlığına qarşı çıxan vətəndaşları qorxutmaq məqsədi ilə edilib.