Загрузка...

Xəzər dənizində Azərbaycan Respublikasının İqtisadi Mənafelərinin Mühafizəsi Gömrük İdarəsindən daxil olan əməliyyat məlumatı əsasında Sumqayıt Baş Gömrük İdarəsinin əməkdaşları Xəzər dənizi vasitəsilə ölkə ərazisinə qanunsuz yolla yük gətirilməsi cəhdinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Axar.az-a bildirilib ki, gömrük əməkdaşları İran İslam Respublikasından Azərbaycana gələn “NILOUFAR ABI” adlı yük gəmisinə baxış keçiriblər. Baxış zamanı, gəmidə Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunan və gömrük orqanına bəyan edilməyən 98 min 120 kiloqram ağ sement və 24 min 500 kiloqram polietilen yükləri aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.