Fransanın Bakıdakı səfirliyi bu ölkənin Azərbaycana silah satışı ilə bağlı qadağanı ləğv etməsi haqqında məlumatlara münasibət bildirib.
Report-a nümayəndəlikdən bildirilib ki, Fransanın bu məsələdə mövqeyi dəyişməyib.
“Dağlıq Qarabağda silahlı əməliyyatlarda istifadə etmək üçün silah və döyüş sursatının tədarükünü qadağan edən beynəlxalq qaydalar çərçivəsində öhdəliklərə hörmətlə yanaşırıq”, – deyə məlumatda vurğulanıb.