Загрузка...

Paytaxtda elektrik enerjisində yaranmış problem nəticəsində Bakı Metropolitenində problem yaranıb.

Bu barədə Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə açıqlamasında bildirib.

“Saat 16:10-da metropolitenə gələn elektrik xətlərində yüksək gərginlik olmadığından Bənövşəyi xəttin “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları sərnişinlərin hərəkətinə bağlanıb. Saat 16:30-dan gərginlik verilib və qatarların hərəkəti bərpa olunub. Hadisə zamanı problem yaşanmayıb. Qatarlar tuneldə qalmayıb”, – deyə Bəxtiyar Məmmədov bildrib.