Загрузка...

Türkiyəli hakim Cüneyt Çakır DÇ-2018-də mühüm oyuna təyinat alıb.

Axar.az xəbər verir ki, o, yarımfinalda keçiriləcək Xorvatiya – İngiltərə görüşünü idarə edəcək. C.Çakıra həmyerliləri Bahattin Duran və Tarık Ongun köməklik edəcək. Dördüncü hakim funksiyasını Hollandiya Futbol Federasiyasından Byörn Kuypers yerinə yetirəcək.

Qeyd edək ki, Xorvatiya – İngiltərə matçl iyulun 11-i Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.