Загрузка...

İyulun 6-da Gədəbəy rayonunda qətl hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Natiq Cavadov BAKU.WS-ə açıqlamasında bildirib ki, Cəyir çayının Günəş kəndinin ərazidindən keçən hissəsində üzərində zorakılıq əlamətləri olan meyit tapılıb.

Araşdırmalar zamanı meyitin kimliyi məlum olub. Ərtəpə kənd sakini, iyulun 2-dən itkin düşmüş Emin Bədəlovun üzərində zorakılıq əlamətləri olan meyitinin tapılması ilə əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Həyata keçirlmiş əməliyyat-axtarış tədbirləri nəticəsində E.Bədəlovu küt alətlə qətlə yetirməkdə şübhəli bilinən Söyüdlü kənd sakini Zakir İsgəndərov saxlanılaraq istintaqa təhvil verilib.