Загрузка...

Müğənnilər Nadir Qafarzadə və Çinarə Məlikzadə arasında qalmaqal alovu qıcıqlanıb.

BAKU.WS xəbər verir ki, ATV-də yayımlanan “10-dan sonra” proqramının aparıcısı Yusif Ağayev oxucu məktubunu Nadir Qafarzadəyə çatdırıb.

Məktubda Çinarə Məlikzadənin fanatı Nadirin “Çinarə müğənni deyil, oxuyandır” sözünə etiraz edib və Nadiri qınayıb. Bundan sonra Yusif Çinarənin ifasında “Gəbər, inşallah” adlı mahnını efirə verib və bunun Nadirə cavab olaraq oxuduğunu bildirib.

Videonu izləyən Nadir şokda olduğunu qeyd edərək, Çinarənin belə bir addım atacağını gözləmədiyini deyib və Çinarəyə can sağlı arzulayıb.

Verilişdən sonra Çinarə bugünkü söz-söhbətə öz etirazını belə bildirib: “Nadir bəy mənim haqqımda pis söz deməyib. Mən də ona “gəbər” deyə cavab verməmişəm”.