Загрузка...

Ağcabədidə yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər xəsarət alıb.

APA-nın yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Boyat kəndi ərazisində baş verib.

Hərəkətdə olan iki “VAZ” markalı avtomobilin toqquşması nəticəsində 1986-cı il təvəllüdlü Əliyeva İlahə Elxan qızı, 1995-ci il təvəllüdlü Vəliyeva Xədicə Abbas qızı və 2018- ci il təvəllüdlü Vəliyev Famil Sadiq oğlu müxtəlif bədən xəsarətləri ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.