Загрузка...

Bir neçə gündür içməli su problemindən əziyyət çəkən Abşeron rayon Saray qəsəbəsinin sakinləri etiraz aksiyası keçirib.

Bizimyol.info xəbər verir ki, sakinlər qəsəbənin içməli su ilə təmin edilməsini tələb edərək avtomobil yolunu bağlayıblar.

Post patrul və yol polis əməkdaşları aksiyaya müdaxilə edib. İnsanlar ərazidən uzaqlaşdırıb və nəqliyyatın hərəkətini yenidən bərpa ediblər.

Qeyd edək ki, Xırdalan şəhərinin də müxtəlif zonalarında sakinlər susuzluqdan əziyyət çəkir.

Minval.info

Susuz qalan Abşeron sakinləri aksiya keçirdi: Polis hadisə yerində – FOTO