Türkiyənin hakim Ədalət və İnkişaf partiyasından millət vəkili seçilən Kənan Sofuoğlu parlamment üzvü olaraq qeydiyyata düşmək üçün Türkiyə Böyük Millət Məclisinin binasına gəlib.
Medianews.az xəbər verir ki, millət vəkili “Lamborghini Aventador S” avtomobili ilə jurnalistlərin kamerasına tuş gəlib.
Keçmiş milli motosikletçi olan Kənan Sofuoğlu hazırda AKP-nin Sakarya millət vəkilidir. Qeyd edək ki, K.Sofuoğlu Sakaryada keçirilən mitinqə də bu avtomobillə gəlmişdi.
Kənan Sofuoğlu jurnalistlərə açıqlamasında 24 iyunda keçirilən seçkilərin nəticələrindən sonra Türkiyə Böyük Millət Məclisində adını qeydiyyata salmaq üçün gəldiyini bildirib. O qeydiyyatdan keçərək millət vəkilliyini təsdiq edən sənədi alıb.
Bundan sonra jurnalistlərin suallarını cavablandıran millət vəkili bunları deyib: “Motosikletlə daha çox tıxac olan zamanlarda gələcəm. Siyasi təcrübəm yoxdur, ən böyük hədəfim idmanda böyük iz buraxmaqdır. Hədəf kütləm gənclərdir. Onlarla bütün təcrübələrimi paylaşmaq niyyətindəyəm.
Kənan Sofuoğlu jurnalistlərin “Yeni dönəmdə necə bir Sofuoğlu görəcəyik” sualına isə maraqlı cavab verib: “Sürəti sevən birisiyəm.Əslində siyasətə qatılmağıma səbəb siyasi karyera qurmaq deyil, idmana və gənclərə fayda verməkdir.
Bahalı avtomobili ilə diqqət çəkən 34 yaşlı millət vəkili jurnalistlərin suallarını cavablandırdıqdan sonra parlament binasının önündən uzaqlaşıb.
Onu da bildirək ki, maksimal sürət 350 km/saat olan “Lamborghini Aventador S” avtomobilinin qiyməti təxminən 250 000 avrodan başlayır.
Medianews.az