Загрузка...

Məşhur amerikalı sabiq boksçu Mayk Tayson Azərbaycana gələcək.

Bu barədə Oxu.Az-a “Qodzilla” şirkətindən məlumat verilib.

Onunla bu haqqda söhbət aparılıb. Tayson Azərbaycana gəlməyə razılıq verib. Onun Bakıya gəlişi oktyabr-noyabr aylarında olacaq. Həmin müddətdə Tayson boksçulara seminar keçəcək və fanatlara avtoqraf paylayacaq.

Qeyd edək ki, Mayk Tayson peşəkar boksun WBA, WBC və IBF versiyaları üzrə dünya çempionu olub. O, 1985-2005-ci illərdə peşəkar boksla məşğul olub.