Загрузка...

Təcili Yardım Xidməti gücləndirilmiş iş rejiminə keçib.

Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova deyib.

O bildirib ki, tibb müəssisələri generatorlarla tam təmin olunub. Hər hansı baş verəcək hadisənin qarşısının yerindəcə həll edilməsi məqsədilə metro stansiyaların qarşısında təcili tibbi yardım maşınları dayanıb.

Ümumilikdə, Təcili Yardım Xidmətinə 16 müraciət daxil olub. Heç bir həyati təhlükə baş verməyib, 4 nəfər profilaktik tədbir məqsədilə xəstəxanaya yerləşdirilib.