Загрузка...

“Artıq Oğuz-Qəbələ-Bakı su kəmərinin fəaliyyəti bərpa olunub. Kəmərin 25 quyusu bərpa edilib və mənbədən su emal olunaraq Bakı şəhərinə ötürülür. Yasamal, Səbail, Binəqədi, Xətai, Nizami rayonlarının bir hissəsinə su verilişini bərpa etmişik və bu istiqamətdə işlərimiz davam edir. Axşam saatlarına qədər anbarlara su vurularaq əhaliyə veriləcək”.

Bu məlumatı Lent.az-a “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bildirib.

A.Cəbrayıllı onu da əlavə etdi ki, sabahdan Bakı içməli su ilə tam təmin olunacaq.

Qeyd edək ki, ötən gün Mingəçevir İES-ın yarımstansiyasında cərəyan transformatorunun sıradan çıxması nəticəsində ölkənin su təchizatında problem yaranıb.